EthnoExport
Şəklini çək, qiymətini yaz — qalanını biz edirik. Tərcümə, qablaşdırma, gömrük və dünya bazarında satış: hamısı bizim işimizdir.
Connecting 50,000 local artisans to a trillion-dollar global marketplace.


Dövlət dəstəkli qurumlarla birlikdə — sənətkarın əməyi etibarlı əllərdə.
Mis, xalça, gümüş, ağac, keramika və daha çoxu. Kənd emalatxanasından qlobal vitrinə.





Qalan hər şeyi — mətn, foto redaktə, qiymət, qablaşdırma, göndəriş — komandamız görür.
Məhsulunun aydın şəklini çək — öndən, arxadan, yandan. Bir düymə, vəssalam.
Cibinə təmiz neçə manat istəyirsən — onu yaz. Məsələn: 50.
AI ingiliscə başlıq, təsvir və açar sözlər yazır. Komanda yoxlayıb mağazaya qoyur.
Satılanda SMS gəlir, Azərpoçta verirsən. Çatanda pul kartına köçürülür.
Onlayn satış nədir bilmirdim. İndi mis qablarım Amerikaya gedir. Pul birbaşa kartıma gəlir.

Xalçalarımı özüm satmağı bacarmırdım. İndi şəkil çəkirəm, qalanını onlar edir.

Bir ayda üç gümüş bəzək satıldı. SMS gəlir, Azərpoçta verirəm, pul çatır. Çox rahatdır.

İstədiyin təmiz məbləğ M10, Birbank və ya Leobank kartına köçürülür.
Sifariş, sual, ödəniş — hamısı bir yerdə, WhatsApp üzərindən.
Məhsulun EthnoExport Store mağazamıza komanda tərəfindən qoyulur.
Kənd → Bakı mərkəzi → keyfiyyət yoxlaması → dünya. Sən yalnız Azərpoçta verirsən.
İngiliscə başlıq, təsvir və 13–20 açar söz — SEO standartına uyğun, əl ilə yoxlanır.
Mənşə kartı, mədəniyyət hekayəsi və sənətkarın əl notu — hər bağlamada.
Sənətkarlarımızın dünya bazarına çıxan məhsulları — birbaşa burada.
Bir şəkil, bir qiymət. Qalanını biz edirik — ingilis dili, hesab, gömrük dərdi heç biri sənin işin deyil.